Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Nazir bu barədə tviter səhifəsində yazıb.
“31 mart - Azərbaycanlıların Soyqırımı Günündə mart qırğınının qurbanlarını yad edir və bu cür qeyri-insani cinayətlərin təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoymağın vacibliyini bir daha bildiririk. Mart qırğınının günahsız qurbanlarını hüznlə və rəhmətlə anırıq”, - C.Bayramov bildirib.
Report