Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzər dənizinin əlaqələnmədə rolu ilə bağlı konfransda iştirak edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında məlumat verilib.
Bildirilib ki, Londonda “Caspian Policy Center” tərəfindən təşkil olunan konfransda Azərbaycan xarici işlər naziri çıxış edib.
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri iyunun 19-dan Böyük Britaniyada işgüzar səfərdədir.