ceyms-uebb-teleskopunun-tikintisi-tamamlanib

Ceyms Uebb teleskopunun tikintisi tamamlanıb

ABŞ Kosmik Agentliyi (NASA) Ceyms Uebb adına kosmik teleskopun inşasını başa çatdırıb.

İnsider.az xəbər verir ki, Ceyms Uebb teleskopunun yaradılmasında məqsəd “Hubble” teleskopunun əvəz edilməsidir. İkinci NASA inzibatçısının şərəfinə adlandırılan yeni teleskop kainatda ilk ulduzların əmələ gəlməsinin və onların donuq işığının öyrənilməsi üçün nəzərdə tutulub. Teleskopun 2018-ci ilin oktyabrında istifadəyə verilməsi planlaşdırılsa da, hazırda missiyanın startı 2021-ci ilin martına planlaşdırılır. NASA administrasiyasının məlumatına görə, tarixdə ilk dəfə kosmik gəmi və teleskop bir rəsədxanada birləşdirilib. Gəlcək inteqrasiyadan sonra teleskop işə salınmaq üçün bir sıra son testlərdən keçəcək.

Ceyms Uebb teleskopunun kosmosun tədqiqi üçün infraqırmızı işıqdan istifadə edən ən güclü və mürəkkəb NASA aparatı olacağı ehtimal edilir. Missiya Günəş sistemində planet və peyklərdən tutmuş, ən qədim və uzaq qalaktikalara qədər geniş obyektlər spektrini əhatə edəcək. Ceyms Uebb teleskopu astronomlar tərəfindən aşkarlanması davam edən uzaq ekzoplanetlərin atmosferini müşahidə edək.

Yeni teleskop NASA, Avropa Kosmik Agentliyi (ЕSА) və Kanada Kosmik Agentliyinin (CSA) birgə layihəsidir. Missiya rəhbərlərinin sözlərinə görə, teleskop və onun elmi cihazlarının (günəş qalxanı və kosmik gəmi) bir rəsədxanada yığılması bütün NASA komandası üçün böyük uğurdur.