ABŞ-nin “Apple” korporasiyası öz çatbotunu yaradıb. “Ajax” adlanan süni intellektə malik generativ söhbət botu IT nəhənginin mühəndisləri tərəfindən 2022-ci ildə hazırlanıb. “Ajax” freymvorku “Siri” səsli köməkçisinin və mülkiyyətçi xəritəçəkmə xidmətinin işində də istifadə olunur.
Çatbotun işə salınmasının əsas səbəbi “Apple” mühəndislərinin “ChatGPT”dən iş məqsədləri üçün istifadə etməsi olub. Bu baxımdan, şirkətin məxfi məlumatları ictimaiyyətə açıq ola bilərdi.
Məlumata görə, “Apple” əməkdaşları artıq yeni məhsulların prototiplərini yaradan zaman bu alətdən istifadə etməyə başlayıblar.
O da bildirilir ki, sistemə daxil olmaq üçün xüsusi icazə tələb olunur və “ChatGPT” analoqundan hər işçinin istifadəsinə icazə verilmir.
Oxu.Az