“Google” “Chrome” brauzerinin istənilən əlavə açılmış səhifəsindəki videonun işə salınmasını bircə düymə ilə söndürmək imkanını test edir. İnsider.az bunu “ZDNet”-ə istinadla xəbər verir.
Düymə brauzerin ünvan sətrində “Seçilmişlər” (ulduz) nişanı və “Google” servislərində istifadəçi avatarının yanında yaranacaq.
Onun üzərinə sıxdıqda, videoya pauza verməyə və ya digər videoya keçməyə imkan verən kiçik pəncərə üzə çıxacaq.
Funksiya həm avtomatik işə düşən bezdirici reklam videolarının söndürülməsi, həm də digər əlavə açılmış səhifədəki “YouTube”-da çarxların idarə olunması üçün yarayacaq.
Funsiyanı “Chrome Canary” xüsusi eksperimental brauzerdə yoxlamaq olar. “ZDNet”-in dediyinə görə, hələ ki o, kəsintilərlə işləyir.
Gələcəkdə yeni funksiya “Windows”, “Mac” və “Linux” əməliyyat sistemlərində əlaçatan olacaq.
Samirə Məmmədova