Çin, ABŞ-a nadir elementlərin ixracını məhdudlaşdırmaq istəyir. Bu nadir elementlər F-35 kimi layihələrdə istifadə edilir.
Çin Sənaye və Məlumat Texnologiyaları Nazirliyi ötən ay 17 nadir mineralın istehsal və ixracına dair qanun layihəsi hazırlayıb. Söz mövzusu minerallarda Çin qlobal istehsalın 80%-ini təmin edir.
Bir Çin rəsmisi, "Hökumət, Çinin ixrac məhdudiyyətini tətbiqi vəziyyətində ABŞ-ın F-35 istehsalında problem yaranıb-yaranmayacağını bilmək istəyir. Pekin rəhbərliyi, məhdudlaşdırma vəziyyətində ABŞ-ın nə qədər tez alternativ tədarük təmin edə biləcəyini də araşdırır", -deyib.
Lockheed Martin-in idarə etdiyi F-35 layihəsinin, təyyarənin elektrik sistemləri və maqnitli hissəsləri üçün nadir minerallara ehtiyacı var. Bir ABŞ Konqresinin araşdırma hesabatına görə, bir F-35 təyyarəsinin istehsalı üçün 417 kilo nadir mineral tələb olunur.
Marja