cin-abs-in-bezi-mallarina-olan-idxal-rusumlarini-legv-edib

Çin ABŞ-ın bəzi mallarına olan idxal rüsumlarını ləğv edib

ÇXR-ın Dövlət Şurasının Gömrük Tarifləri üzrə Komitəsi amerikan mallarının 16 kateqoriyasını əlavə rüsumlardan azad edəcəyini elan edib.

İnsider.az bu barədə “Global Times”-a istinadla xəbər verir.

Qeyd olunana görə, bu kateqoriyalar yaşam təminatı ilə sıx bağlıdır, onların aralarında sürtkü yağı, şiş əleyhinə preparatlar və tibbi xəttli sürətləndiriclər var.

İstisnalar 2019-cu ilin sentyabrın 17-dən 2020-ci ilin sentyabrın 16-dək qüvvədə olacaq. Çin rüsum tətbiq olunmayacaq malların siyahısının tərtibatını davam etdirəcək.

Samirə Məmmədova