cin-avtomobil-ixracini-keskin-artirib

Çin avtomobil ixracını kəskin artırıb

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, 2023-cü ilin ilk yeddi ayında Çin 2 milyon 533 min ədəd avtomobil ixrac edib ki, bu da illik müqayisədə 67,9% çoxdur.

İyulda ölkənin avtomobil ixracı 392 min avtomobilə çatıb ki, bu da cari ilin iyun ayı ilə müqayisədə 2,6%, ötən ilin iyul ayı ilə müqayisədə isə 31,5% çoxdur.

Yanvar-iyul aylarında minik avtomobillərinin istehsal həcmi 13 milyon 397 min ədədə çatıb, satışı isə 13 milyon 368 min ədəd təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə artım müvafiq olaraq 6 faiz və 6,7 faiz təşkil edib.

İyulda Çində 2 milyon 115 min ədəd minik avtomobili istehsal olunub (ötən ilin iyul ayı ilə müqayisədə 4,3% azalma), 2,1 milyon ədəd satılıb (3,4% azalma).

2023-cü ilin yanvar-iyul aylarında Çində 4 milyon 591 min ədəd elektromobil istehsal edilib (illik artım 40%) və 4 milyon 526 min ədəd (41,7% artım) satılıb.

Marja.az