cin-dunya-iqtisadiyyati-ucun-esas-tehlukenin-adini-cekdi

Çin dünya iqtisadiyyatı üçün əsas təhlükənin adını çəkdi

ÇXR-in sədri Si Tzinpin G20 sammiti gedişatında dünya iqtisadiyyatı üçün əsas təhlükəni açıqlayıb. İnsider.az bunu “RİA Novosti”-yə istinadla xəbər verir.

Çin liderinin sözlərinə görə, qlobal iqtisadiyyat ümumən artır, lakin onunla birgə qeyri-stabillik və qeyri-müəyyənlik də böyüyür.

“Ən böyük təhlükə ayrı- ayrı sahələrdə inkişaf etmiş dövlətlərin daimi birtərəfli və proteksionist tədbirləridir, onlar süni şəkildə ticari  ixtilafları və texnologiyaların blokadasını təhrik edir”, — Si Tzinpin qeyd edib.

O, həmçinin “digər dövlətlərin ziyanına öz maraqlarının irəli çəkilməsi cəhdinin heç vaxt uğurlu olmayacağını” əlavə edib və G-20 ölkələrini bu praktikaya qarşı durmağa çağırıb.

Xatırladaq ki, “Böyük iyirmilik” (G-20) sammiti Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində keçirilir.

Samirə Məmmədova