cin-evlerde-ve-zibil-cenlerinde-sifetin-taninmasi-sistemini-qurasdiracaq

Çin evlərdə və zibil çənlərində sifətin tanınması sistemini quraşdıracaq

Pekin hakimiyyəti zibilin çeşidlənməsi üzrə proqramın tətbiqi üçün bir neçə yaşayış məntəqəsində sifətin skan edilməsi sistemini sınaqdan keçirir. Kameralar, həmçinin dövlət tərəfindən maliyyələşdirilən mənzillərin qanunsuz vasitəli icarəsinə nəzarət üçün lazımdır.

İnsider.az xəbər verir ki, "Sinxua" dövlət informasiya agentliyinin məlumatına görə, Pekində artıq 13 ictimai yaşayış məntəqəsində kameralar quraşdırılıb. Həmin kameralar hər bir evdə olan avtomatik giriş qapılarına quraşdırılıb. Oktyabrın sonuna yeni sistemin şəhərin 59 mikrorayonunda tətbiq ediləcəyi gözlənilir.