Çin höküməti ABŞ-ın təchizat şirkəti olan “FedEx” barəsində apardığı araşdırmanı genişləndirir. İnsider.az bu barədə “Sinxua” agentliyinə istinadla xəbər verir.
Çin höküməti amerikan şirkətindən onun “Huawei Technologies” şirkətinin 100-dən çox məhsulunun çatdırılmasını qəsdən yubatmaqda şübhəli bilir.
Agentliyin yazdığına görə, “müstəntiqlər həmçinin şirkət tərəfindən yol verilmiş digər pozuntuları sübut edən dəlillər də aşkar ediblər”.
“Sinxua” bildirdir ki, istintaqın gəldiyi qənaətə görə, “FedEx”-in “Huawei” bağlamalarının sadəcə səhvən yanlış ünvanlara çatdırıldığını iddia etməsi həqiqətə uyğun deyil – söhbət Yaponiyadan Çinə gətirilməli olan, lakin ABŞ-a yönləndirilmiş bağlamalardan gedir.
Həmin vaxt “FedEx” yanlış çatdırılmaya görə üzr istəyib, çinli istintaqçıların yeni nəticələrini isə amerikan şirkəti hələ ki şərh etməyib.
Samirə Məmmədova