Çin höküməti ABŞ-a “Huawei” şirkətinə edilənlərə görə cavab verməyi planlaşdırır. İnsider.az bildirir ki, bu barədə “Global Times” çin nəşriyyatının baş redaktoru Xu Sitzin “Twitter”-də danışıb.
Onun sözlərinə görə, ÇXR “Huawei” və digər Çin şirkətlərini qara siyahıya almış ABŞ-a sərt cavab vermək niyyətindədir.
“Pekin sakit oturub gözləməyəcək, o, əks-tədbirlər görəcək”, — Xu Sitzin qeyd edib.
Samirə Məmmədova