cin-sosial-sebekeden-ne-ucun-istifade-edir-casus-linkedin

Çin sosial şəbəkədən nə üçün istifadə edir? - Casus “LinkedIn”

Qərb kəşfiyyatçıları hesab edir ki, Çinin agentləri “LinkedIn” sosial şəbəkə vasitəsilə keçmiş dövlət məmurları daxil olmaqla xarici vətəndaşları kəşfiyyatçı kimi cəlb etmək üçün onlarla bağlantı qurur. İnsider.az bunu “The New York Times” qəzetinə istinadla bildirir.

Öz məqaləsində “New York Times” qəzeti buna dair Milli Kontrkəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktorunun fikirlərini qeyd edib. Onun sözlərinə görə, Çinin kəşfiyyat orqanları onlara lazım olan (istər məxfi və ya qeyri-məxfi olsun) məlumata çıxışı olan istənilən şəxsi axtarır.

Bundan başqa, nəşr daha iki vacib məsələyə toxunur. Əvvəla, “LinkedIn” Çində bloklanmamış yeganə iri amerikan platformasıdır. İkincisi, sosial şəbəkədə 600 milyondan çox istifadəçi var — bu isə potensial dezinformasiyanı yaymaq üçün mexanizmdir.

Samirə Məmmədova