Çin saatda 600 kilometr sürətə çatan yeni qatar prototipini elan edib.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, hal-hazırda dünyanın ən sürətli qatarına sahib olan Çin rekordları alt-üst edəcək yeni bir qatar üzərində çalışır. Bu qatar, saatda 600 kilometrlik bir sürətə çataraq təyyarə səfərinə yeni bir alternativ olacaq.
Qatarların güclü elektromaqnitlər sayəsində relslərdə sürət almasını təmin edən Magnev texnologiyasından istifadə olunan yeni sürət qatarı inşa edildikdən sonra geniş miqyaslı testlərdən keçiriləcək və daha sonra sərnişin daşınmasına başlanılacaq.
Qeyd edək ki, Çin artıq dünyanın ən sürətli qatarına sahibdir. Saatda 431 kilometrlik sürətə çatan "Shanghai Maglev" adlı qatar, Shanghai-da olan Pudong Airportu və şəhər mərkəzi arasında 30 kilometrlik məsafədə sərnişin daşıyır. Eyni zamanda, 2017-ci ildən başlayaraq istifadəyə verilən "Fuxing" yüksək sürət qatarı sərnişinlərin Pekin və Şanxay arasında 1300 km-lik məsafəni 4 saat yarıma səyahət etməsinə imkan verir.