Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.
İnsider.az xəbər verir ki, konfransda yeni robot, robot texnikası və məhsul nümunələri, o cümlədən tibbi aparat və neyroşəbəkələr üçün bir sıra sərgi meydançaları nümayiş olunur. Bundan başqa, tədbir çərçivəsində 4500 peşəkarın iştirakı ilə 4 müsabiqənin keçirilməsi planlaşdırılır. Konfrans zamanı 21 sənaye tətbiqində ixtisaslaşmış 700-dən çox robot təqdim ediləcək.
Bildirilir ki, konfransın iştirakçılarından biri Almaniyanın “Festo” şirkəti tərəfindən hazırlanan “SmartBird” adlı robot quşdur. Mütəxəssislər robotu qağayıdan ruhlanaraq düzəldiblər. Yüngül pilotsuz uçan aparat aerodinamika və maksimal elastikliyə malikdir. O, tam avtonom şəkildə qalxır, uçur və enir. 23 vatt enerji sərf edən qurğunun çəkisi 450 qram, qanadlarının uzunluğu isə 2 metr təşkil edir.
Digər nümayiş olunan qurğu Çinin “Unitree Robotics” robot texnikası şirkətinin hazırladığı “Laikago” robotu olacaq. Robot 1957-ci ildə kosmosa göndərilən “Layka” adlı itin - dünyanın ilk heyvanının şərəfinə adlanır. Uzunluğu 0,56 metr, eni 0,35 metr olan robotun çəkisi 22 kiloqrama bərabərdir. O, tam enerji topladıqdan sonra 2-3 saat ərzində işləyə bilir.
ICTnews