cinle-ticaret-muharibesine-gore-abs-da-mekteb-levazimatlarinin-qiymetleri-qalxacaq

Çinlə ticarət müharibəsinə görə ABŞ-da məktəb ləvazimatlarının qiymətləri qalxacaq

Tramp administrasiyasının ticarət tariflərini artırması, Amerika mütəxəssislərinin proqnozlarına görə, məktəb ləvazimatlarının qiymətinin qalxmasına səbəb olacaqdır.

İnsider.az xəbər verir ki, sentyabrın 1-dən karandaş, tabaşir, diyircəkli qələm, təqvim, gödəkcələr, həmçinin geyim və ayaqqabı: idman ayaqqabısı, palto və digər mallara 15%-lik ticarət tarifləri tətbiq olunub.

Bu malların maya dəyərinin artması tədricən baş tutacaq, çünki malların bir hissəsi ticarət müharibəsinin kəskinləşməsindən əvvəl alınıb.

Bu haqda ABŞ-ın Pərakəndə Ticarət Federasiyasının nümayəndəsi Bethany Hamilton məlumat verib:

“Təəssüflər olsun ki, tədris ili ərzində valideynlər məktəb ləvazimatlarının qiymətlərinin qalxmasının şahidi ola bilərlər. Əslində, şirkətlərin başqa çıxış yolu yoxdur, xüsusilə də kiçik şirkətlərin”.

Qeyd edək ki, xərclərin artması bu ilin iyul ayında proqnoz edilmişdir. Bu proqnoz ticarət tariflərinin artırılmasından əvvəl edilmiş və ehtimal ki, gələcəkdə məktəb xərcləri daha da artacaqdır.

Bunun lehinə, ABŞ-ın ayaqqabı distributorları və pərakəndə satıcıları Birliyi (FDRA) 2019-cu ilin avqust ayının sonunda xəbərdarlıq vermişdir: aparıcı geyim və ayaqqabı istehsalçıları Donald Trampa məktub yazaraq, ondan ticarət tariflərini artırmamağı xahiş edib.

© Banker.az