ABŞ-la gedən ticari müharibənin kəskinləşməsilə bağlı olaraq, Çində yerli “Weibo” sosial şəbəkəsində Çinin “Huawei” şirkətinə dəstək olaraq “Apple”-ın kütləvi boykotuna çağırış başlayıb. İnsider.az bunu “BuzzFeed” resursuna istinadla yazır.
Məlum olduğu kimi, ötən həftə ABŞ “Huawei Technologies”-ə ikili zərbə endirdi. Şirkətə “həyati vacib ABŞ texnologiyalarını” xüsusi icazə olmadan əldə etmək, eləcə də “Huawei”-in öz avadanlığı isə ABŞ-da tam şəkildə qadağa olundu. Hazırda bir çox İT-giqantlar onunla əməkdaşlığı dayandırıblar.
“Weibo” sosial şəbəkəsində ikinci smartfonun üstünlüklərinə diqqət yönəldərək, “iPhone” və “Huawei” smartfonlarını müqayisə edirlər. Bir çox çinli istifadəçilər “iPhone”-u yerli smartfona dəyişməyə hazır olduqlarını bildiriblər.
Samirə Məmmədova