Apple Inc. şirkəti dünyada texnologiya komponentlərində yaşanan tədarük problemi səbəbilə MacBook və iPad-ların istehsalın təxirə salmaq məcburiyyətində qalıb.
Qlobal miqyasda bir çox texnologiya şirkətinə mənfi təsir edən çip tədarükü böhranı Apple-ı da vurdu.
Apple-ın MacBook adındakı kompüterlərinin istehsalında əhəmiyyətli dərəcədə gecikmələr yaşanır.
Apple mövzu haqqında açıqlama verməyib. Şirkətin iPad planşet modellərinin ekran komponentlərində yaşanan tədarük probleminin montaj əməliyyatlarına mənfi təsir etdiyi bildirilir.