2019-cu il iyulun 2-i saytların müdafiə sistemlərindən ən böyüklərindən biri olan “Cloudflare”-in işində Bakı vaxtı ilə saat 17:40 radələrində problem yaşanıb. İnsider.az-ın verdiyi xəbərə görə, bu, bütün dünya üzrə sayt və servislərin işində problemə səbəb olub.
“Downdetector”-un məlumatına görə, “Cloudflare”-dəki problemlərlə eyni vaxtda “Discord” messencerində, “Soundcloud” musiqi servisində, “Coinbase” kriptobirjasında və digər servislərdə də nasazlıq yaranıb. “Downdetector” özü də kəsintilərlə çalışır.
Xatırladaq ki, bu artıq son iki həftədə ikici belə hadır – daha əvvəl iyunun 24-də “Cloudflare” saat yarımlıq kəsintilərlə çalışıb və onunla eyni vaxtda “Amazon”-un bulud xidmətində də problemlər yaranıb. Həmin vaxt Pensilvaniyadan olan kiçik “DQE Communications” provayderindən yanlış şəbəkə konfiqurasiyası qəbul etmiş və trafikin əhəmiyyətli hissəsini ona yönləndirmiş “Verizon” provayderi problemə səbəb olub.
Samirə Məmmədova