coca-cola-rusiyada-qara-fantanin-satisina-baslayib

“Coca-Cola” Rusiyada “qara” fantanın satışına başlayıb

Fanta satışından öncə reklam kampaniyasına başlayıb. 

2019-cu ilin sentyabr ayında Mərkəzi və Şərqi Avropa ölkələrindən ilk dəfə Rusiyada “Fanta Dark Mystery” içkisinin satışına başlayıb. 

İnsider.az xəbər verir ki, bu içki qara rəngi və əlavə edilən şəkərin miqdarının azlığı ilə seçilir.   

Fantanın satışına yaxın Fanta və brendin elçilərinin səhifələrində paylaşımlar itməyə başlayıb, təsvirlər isə rənglilərdən ağ-qaraya dəyişib. 
Sentyabrın 17-də şirkət rəsmi olaraq Rusiya bazarında sentyabrın 17-dən satışa çıxarılıb. Sosial şəbəkə istifadəçiləri bloger – Yekaterina Aduşkina, Vlad Bumaqa, Binet Senn və Andrey Qlazunovu – “qara materiyadan” xilas etmək üçün şirkətin saytına çeklər yükləməlidirlər. “Xilas” üçün Fanta sosial şəbəkədə stiker və rükzak vəd ediblər.    

Reklam kampaniyası “Sən iç, yoxsa o səni içəcək” sloqanını seçib. “Fanta Dark Mystery” kampaniyası 2019-cu ilin oktyabrında Rusiyanın 22 şəhərində başlayacaq. Şirkətdə fantanın əsas auditoriyasının yeniyetmələr olduğu bildirilib. 

Səbinə Səmidxan