daha-bir-cin-sirketi-mercedes-istehsalcisinin-sehmdari-oldu

Daha bir Çin şirkəti "Mercedes" istehsalçısının səhmdarı oldu

Almaniya mərkəzli avtomobil şirkəti "Daimler"ə daha bir çinli ortaq qoşulub.

İnsider.az xəbər verir ki, Çin mərkəzli "Beijing Automotive Group" (BAIC) adlanan şirkət "Daimler"ə məxsus səhm alıb və şirkətdə 5%-lik paya sahib olub. 

Qeyd edək ki, ötən il digər bir Çin mərkəzli avtomobil istehsalçısı "Geely" də "Daimler"dən pay almışdı. Belə ki, "Geely" 9 milyard dollar müqabilində avtomobil şirkətində 10%-lik paya sahib olaraq "Daimler"in ən böyük səhmdarı olmuşdu.