daha-bir-olke-neheng-internet-sirketlerinden-vergi-almagi-nezerde-tutur

Daha bir ölkə nəhəng internet şirkətlərindən vergi almağı nəzərdə tutur

İspaniya hökuməti, Google, Apple, Facebook, Amazon, İnstagram kimi ABŞ-ın nəhəng internet şirkətlərindən vergi almaq üçün hərəkətə keçib. 

İnsider.az xəbər verir ki, ölkənin Nazirlər Kabineti tərəfindən parlamentə göndərilən qanun layihəsində, dövriyyəsi qlobal miqyasda minimum 750 milyon avro, İspaniya daxilində isə 3 milyon avro olan internet şirkətlərindən İspaniyada əldə etdiyi gəlir üzərindən 3% vergi alınması nəzərdə tutulur.

İspaniya hökuməti yeni vergi ilə ildə 850 milyon avro gəlir əldə etməyi hədəfləyir. Google, Amazon, Apple və Facebook 2017-də İspaniya büdcəsinə cəmi 24 milyon avro ödəyiblər. 

Avropa ictimaiyyətdə "Google vergisi" olaraq adlandırılan elektron verginin İspaniya məclisində payızda qəbul edilməsi gözlənilir.

Son bir neçə ildə İtaliya, Almaniya, Fransa və Macarıstanda da bənzər vergi qərarları verilib, buna reaksiya göstərən ABŞ rəhbərliyi, tətbiqinə başlanılması halında Avropadan idxala 25% gömrük vergisi tətbiq ediləcəyi ilə hədələyib.