daha-bir-olkede-formula-1-yarisi-legv-olundu-resmi

Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu - RƏSMİ

"Formula 1" üzrə Niderland Qran-prisi baş tutmayacaq. 

İnsider.az xəbər verir ki, bu barədə "Formula 1"in rəsmi "Twitter" səhifəsinə məlumat yayılıb. Məlumatda Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib. 

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Niderlanddakı yarış 1 - 3 maya planlaşdırılırdı, lakin koronavirusa görə təxirə salınmışdı. 

Report