daha-bir-sosial-sebeke-trampin-hesabini-bagladi

Daha bir sosial şəbəkə Trampın hesabını bağladı

ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkətləri hadisələrin cavabdehi olduğu hesab edilən ölkə Prezidenti Donald Trampın hesablarını bloklamağa davam edir.

İnsider.az xəbər veri ki, bu barədə “Haber Global” yazır.

Bildirilir ki, “Snapchat” sosial media platforması keçən həftə Trampın dondurulmuş hesabı ilə bağlı son qərarını verib.

Şirkətdən verilən yazılı açıqlamada ABŞ başçısının hesabının araşdırıldığı qeyd edilir:

“İctimai təhlükəsizliklə əlaqədar yalan məlumatların, nifrət doğuran ifadələrin və şiddətə təhrik edilmənin qarşısını almaq üçün Trampın hesabını həmişəlik bağlamağa qərar verdik”.