danisma-engelli-sexsler-ucun-suni-bogaz-yaradildi

Danışma əngəlli şəxslər üçün süni boğaz yaradıldı

Alimlər döymə kimi boğaza yerləşdirilə bilən və danışmağı təmin edən süni bir boğaz yaradıblar.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, bir insanın səs telləri zərər görsə danışıq qabiliyyətini tamamilə itirərsə müvəqqəti bir döymə kimi boyuna geyilə bilən boğaz hərəkətlərini səslərə çevirən süni bir boğaz hazırlayıblar. 

Araşdırmaçıların hazırladığı süni boğaza incə bir polivinil spirt film üzərinə lazerlə grafen yerləşdirilib. Bu cihaz  insan dırnağından iki dəfə böyükdür. Könüllü bir insanın boğazına yapışdırılan bu cihaz bir dövrə kartı, mikrobilgisayar, güc amplifikatörü və dekoder olan kiçik kəmərə elektrotlarla bağlıdır.

Könüllü adam səs çıxarmadan danışan kimi hərəkət etdiyində, cihaz adamın boğaz hərəkətlərini qəbul edərək "bəli" və "xeyr" kimi sözlər səsləndirib.

Tədqiqatçılar bu cihazın gələcəkdə danışma əngəlli şəxslər tərəfindən istifadə edilə biləcəyini söyləyirlər.