“Qəzalı vəziyyətdə yaşayan şəhid ailələrinin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sürətli fəaliyyət həyata keçirilməlidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, müharibədə yaralanan qazilərin müalicəsində bürokratik əngəllərin, formalizmlərin aradan qaldırılmasına ehtiyac var: “Bunun təmin edilməsi istiqamətində də addımların atılması vacibdir”.