Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində deputatların yeni intizam qaydaları hazırlanır.
İnsider.az xəbər verir ki, bu barədə həmin komitənin üzvü Erkin Qədirli məlumat verib.
O bildirib ki, bununla bağlı komitədə işçi qrupu yaradılıb:
“Mən də həmin işçi qrupun üzvüyəm. Öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir”.
Report