deyer-itiren-tumblr-100-300-defe-ucuzlasdi

Dəyər itirən “Tumblr” 100-300 dəfə ucuzlaşdı

Altı il ərzində 100-300 dəfə ucuzlaşan “Tumblr” servisinin dəyəri 3-10 milyon dollara qədər enib. 
Bəs görəsən bu, məbləğə nə əldə etmək olar?

İnsider.az xəbər verir ki, avqustun 12-də “Verizon”  bloq servisi “Tumblr”-i “WordPress”-in sahibi “Automattic” şirkətinə satıb. İlkin olaraq, 

İlkin olaraq “Axios” nəşrinin mənbələri servisi 20 milyon dollar dəyərində qiymətləndirirdilər, daha sonra isə dəyərləndirmənin 3 milyondan az olduğu dəqiqləşib. 

“Yahoo” 2013-cü ildə 1,1 milyarda aldığı “Tumblr” servisininin 2016-cı ildə qiyməti 230 milyon dollara düşüb. “Wordpress” sahibinin “Tumblr” üçün ödədiyi məbləğ əsasizdir. Belə ki, şirkətin 2019-cu ilin ikinci rübündə gəliri 1,8 milyard dollardan ibarət olub. 

“Automattic”-in təsisçisi Mett Mullenveq bəyan edib ki, şirkət “Tumblr” servisini sadəcə əyləncə üçün alıb və heç bir şeyi dəyişmək fikri yoxdur. Bununla yanaşı “Tumblr”-in iki ay ərzində trafikini 30% azaldan “böyüklər” üçün kontent sayta geri qayıtmayacaq.  

Bəs görəsən “Tumblr”-in dəyəri olan bu məbləğə başqa nə əldə etmək olar?

Rusiyada:
• Foodfox yemək çatdırılması servisi – “Yandex” bu servis üçün 541 rubl (9 milyon dollar) ödəyib.

• İngiltərə premyer-liqasının üç illik yayımı – “Rambler Group” bu hüquq üçün 7 milyon avro (7,8 milyon dollar) ödəyib.

• “CloudPayments” ödəmə servisinin 55% - 2017-ci ildə “Tinkoff” qrupu bu pay üçün 290 milyon rubl (4,4 milyon dollar) ödəyib.

Bəs “Tumblr”-dən baha nələr var?  
• “Kinopoisk”. 2013-cü ildə “Yandeks” servis üçün 80 milyon dollar ödəyib.
• “VKontakte” musiqi hüququ və “Boom” musiqili servisi. UMA şirkətinin dəyərinin 20% - 97 milyon dollar. 
• “Vokord” şirkətinin üz tanıma texnologiyası – “Huawei” şirkətinin bu satınalması 40-50 milyon dollar həcmində dəyərləndirilir. 

3 milyondan ucuz
“Axios” müəllifi Den Primak bəyan edib ki, “Tumblr” üçün 3 milyondan az ödəniş edib. Bu isə: 
• “Yedadil” endirimlər aqreqatoru. 2018-ci ildə “Yandeks” bu şirkəti 233 milyon rubl (3,56 milyon dollar) alıb.
• 1938-ci ildə “Supermen” haqqında ilk komiks. 2014-cü ildə bu komiks “eBay”-da 3,2 milyon dollara satılıb.   
• 278 kq Yapon tuna balığı. Balıq hərracında 3,1 milyon dollara satılıb. 
• “Gulfstream G150 Private Jet” reaktiv təyyarəsi  - bazarda qiyməti 3,9 milyon dollardan 4,6 milyon dolları arasıdır.
• “Myspace” sosial şəbəkəsi. 2011-ci ildə “News Corp” 2011-ci ildə şirkəti 35 milyona alıb, 2008-ci ildə “Myspace” şirkəti 12 milyard dollar həcmində dəyərləndirilirdi. 
• Rusiyada ilk “Bugatti Chiron”. Onun sahibi 2017-ci ildə 220 milyon rubl (3,35 milyon dollar) ödəyib. 
• San-Fransiskonun mərkəzində ikiotaqlı ev.
 

Səbinə Səmidxan