Azərbaycan tərəfi fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib.
“Avropa Parlamenti bəyan edib ki, Azərbaycandakı seçkini müşahidə etməyəcək. Amma Avropa Parlamentinə müşahidə üçün heç dəvət də göndərilməyib”, - mənbədən bildirilib.
Qeyd edək ki, Rusiya və Ermənistan mətbuatında yayılan məlumatlara görə, Avropa Parlamenti Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib.
“Biz seçki prosesini izləməyəcəyik və müvafiq olaraq nə prosesin özü, nə də nəticələr barədə şərh verəcəyik”, - Avropa Parlamentinin aparıcı üzvləri vurğulayıblar.
Report