“Disney” “Disney+” onlayn-kinoteatrını təqdim edib.
İnsider.az xəbər verir ki, onlayn-kinoteatrın ABŞ-da işə salınması tarixini şirkət 2019-cu ilin noyabrın 12-nə təyin edib. “Disney+” servisinə giriş aylıq 6,99, illik isə 69,99 dollara başa gələcək.
“Disney” yeni servisi iki il ərzində dünyanın bütün əsas regionlarında işə salmağı planlaşdırır.
Servisdə “Disney”-in 500 filmi və seriallarının 7,5 min epizodu, həmçinin, studiyanın bütün klassik filmləri yerləşdiriləcək. Əlavə olaraq, “Disney+”da yeni layihələr də (məsələn, “Marvel”, “Pixar”, “Ulduz müharibələri” kainatının serialları, “National Geographic” layihələri, orijinal filmlər və s.) çıxacaq.
“Disney” yeni servisini “Smart TV”, planşetlər, oyun konsolları və brauzerləri daxil, bütün mümkün olan platformalarda işə salmağı söz verir. Kinoteatr “4K HDR”-ə qədər görüntü keyfiyyətini təklif edəcək. Qeyd edək ki, kənar servislərə “Disney” bu keyfiyyətdə öz filmlərini verməyib.
Samirə Məmmədova