dovlet-idareciliyinde-innovasiyalar

Dövlət idarəçiliyində innovasiyalar

“Harvard Kennedy School”-un Dünya ölkələrinin inkişafı sahəsində mövcud problemlərin araşdırılması ilə məşğul olan və onların həlli istiqamətində effektiv üsullar təklif edən  Beynəlxalq İnkişaf Mərkəzi, innovasiyalar üzrə gənc Azərbaycanlı ekspert Urxan Seyidovun məqaləsini dərc edib.   

Bir anlıq müasir şəhərdə dövlət qurumunun fəaliyyət göstərdiyi möhtəşəm bina təsəvvür edin. İçəridə hər masada  son model kompüterlər, divarlarda isə düz ekranlı televizorlar asılıb. 5G internet-bağlantı isə nano-saniyələr ərzində istənilən məlumata çıxışa zəmanət verir. Dövr edən qapıdan keçərək, sizi əlində qələm və qeyd dəftəri olan məmurun qarşıladığı vestibülə daxil olursunuz. Səliqə ilə adınızı və sualınızı qeyd edən məmur, şüşə qapı arxasındakı ofislər labirintinə tələsir. Geri qayıtdıqda isə, ondan niyə kompüterdən istifadə etmədiyini soruşduğunuzda:

- Biz həmişə belə işləmişik, - cavabını eşidirsiniz.

Müasir dövrdə dövlətlər, XXI əsrin texnologiyalarından istifadə etdiyi halda, nədənsə hələ də 20 əsr çərçivələrində düşünürlər. Problemlərin həlli və qərarların qəbul edilməsi istiqamətində aktuallığını itirmiş təfəkkür modelləri, həmin bloknot, qələm və blanklar kimi yeni texnologiyaları ümumilikdə səmərəsiz hala gətirir.     

COVİD-19 pandemiyası bu zəifliyi əyani şəkildə masaya qoydu. Sürətlə yayılan virusa qarşı sürətli reaksiya tələb mübarizə, dərin durğunluq keçirən nəhəng səhiyyə orqanlarının böyük və ləngidici bürokratik tədbirləri ilə üz-üzə qalırdı.  

Son onilliklər ərzində şirkətlər, səmərəli qərarların verilməsini təşviq edən mühiti yaratmaq üçün - texnologiyaları, prosesləri insanları və mədəniyyəti birləşdirən analitik ekosistemlər hazırlayıblar. Adi iş prosesinə inteqrasiya edilmiş, bu analitik alətlər, şirkətlərə çağırış və imkanları tez bir zamanda identifikasiya etmək və müvafiq addımları atmağa imkan verir.

Eyni işi, ilkin olaraq kadrların hazırlanmasına sərmayə yatırmaqla, idarəçiliyi yenidən quraraq dövlətlər də etməlidir. Başqa sözlə, başqa ölkələrin “aparıcı təcrübəsini” təkrarlamaqdan və ya texnologiyaları tətbiq etməkdənsə, cari prosesləri nəzərdən keçirməli və qurumlarda novatorluq ruhuna və inkişafa təkan verməlidirlər.  

Bu addımlar nəticədə, bürokratik aparatın  tənzimlənməsi və qorxunc süründürməçiliyin aradan qaldırılması sayəsində effektiv olacaq.

İnersiya və mühafizəkarlıqdan əziyyət çəkən, problemin həlli zamanı qabaqcıl texnologiyaları qərarların qəbul edilməsi üzrə yeni üsulları ilə birləşdirməyə tələsməyən dövlətlər, mürtəce mövqe tuturdular. İş daha çox sayda qanun və ya bürokratiyanın yaradılmasında deyil, tam əksi – söhbət problemlərə yeni baxış və yanaşmadan gedir.

XXI əsrin problemlərinin çoxyönlülüyü, həmişə olduğundan daha böyükdür – bura həm iqlimin dəyişməsi, həm pandemiya, həm gəlirlərin qeyri-bərabərliyi, həm də işçi qüvvənin inkişafı da daxildir. Bütün bunlar ümumilikdə daha uzaqgörən yanaşma: innovasiyaların qabaqlayan idarəsini tələb edir.

Özəl sektora, akademik çevrələrə, texnologiya və öz vətəndaşlarına dair biliklər, eləcə də real zamanda mövcud məlumatlar getdikcə daha çox sayda ölkələri  problemləri öncədən görmə və həll etmək üçün birləşdirir. “Ağıllı idarəçilik”də bu qəbildən olan yanaşma, həm vətəndaşları, həm də onlara xidmət edən məmurları, problemin yaradıcı həllinə mane olan, klassik bürokratik süründürməçilikdən xilas edə bilər.

Məsələn, Cənubi Koreya hökuməti sərmayə və qiymətləndirmə üçün yeni tədqiqat və araşdırmalar platforması hazırlayıb. Platforma, texnoloji inkişafda məhvedici dəyişiklikləri qiymətləndirmək, eləcə də müxtəlif nazirliklərdə innovasiyalar üçün potensial imkanların ortaya çıxarılmasında nəhəng məlumatların analitikasını və süni intellekti istifadə edir. Bu yanaşma, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığı həddən artıq sadələşdirir, səylərin təkrarlanmasını aradan qaldırır və vətəndaşlar üçün dövlət xidmətlərinin keyfiyyətini yüksəltmək üçün faktiki məlumatlar əsasında siyasətin hazırlanması səylərini birləşdirir. 

2017-ci ildə Dünya İqtisadi Forumu yeni idarə modellərinin hazırlanması və sınaqdan keçirilməsi üçün hökumət, biznes, elmi çevrələri və vətəndaş cəmiyyətini birləşdirmək məqsədilə Dördüncü Sənaye İnqilabı Mərkəzini yaratdı. 13 ölkədə, o cümlədən Azərbaycanda yerləşən mərkəzlərdə, hökumət tərəfindən təhsil, nəqliyyat və səhiyyə kimi sektorlarda, əsas xidmətlərin necə təqdim edildiyinə yeni baxış üçün Dördüncü Sənaye İnqilabının texnologiyaları tətbiq edilir.

Belə paradiqmanın yaradılması – ofisin yeni texnologiyalar ilə təmin edilməsi və ya əlavə məlumatların toplanması demək deyil. texnologiya özü-özlüyündə nə səmərəli idarəçiliyə gətirib çıxarmayacaq, nə də hamı üçün keçərli olan vahid həlli yaratmayacaq. Bir ölkədə texnologiya və insan intellektini qırılmaz bağlarla bir-birinə bağlamaq planı bir ölkədə uğur qazansa da, başqa bir ölkədə tamamən xoşagəlməz nəticəyə səbəb ola bilər.

“Ağıllı” idarəçilik daxil olan məlumatların dəyişkənliyinin qeydə alınması və tətbiqi üçün  problemin kökünü anlamağı, kontekstual amillərin nəzərə alınmasını, real zamanda inteqrasiya üçün məlumatların təhlilini tələb edir. Bu ilk növbədə dövlət məmurlarının – problemlərin həlli paradiqmasını müəyyən edəcək insanların, səriştə və bacarığından

Qəbul edilmiş siyasətin həyata keçirilməsi istiqamətində sərt əmrlər əvəzinə, dövlət məmurlarına problemlərə yaradıcı yanaşmaya və böyük məlumat bazasından istifadə edərək və şəffaflığı tam qoruyaraq qərarların qəbul edilməsinə dair  təlim keçmək lazım olacaq.

Hər bir ölkə, özü üçün uğurun nədən ibarət olduğunu müəyyən etməlidir, amma biznes-proseslərin optimallaşdırılması və qərarların qəbul edilməsində maksimum şəffaflığın təminatı, hökumətin fəaliyyətini şübhəsiz yaxşılaşdırır. Dövlət idarəçiliyində, texnologiya və bəşəriyyət arasında əlaqə yaradan, eyni zamanda insanları məhdudiyyətlərə vadar etməyən  vaxtında həyata keçirilən dəyişikliklər, mövcud problemlərin yeganə həllidir.

İdarəçiliyə yanaşmanı yenidən dərk edə bilməyən və ya  prinsipial olaraq bunu etmək istəməyən ölkələr isə gələcəkdə daha ağır çağırışlarla qarşılaşacaqlar.

Urxan Seyidov - “Atlantic Council”-in elmi tədqiqatçısı, Harvard Kennedy Scholl-un “Dövlət idarəçiliyi” proqramının məzunu, innovasiya və strateji kommunikasiya sahəsində ekspert. “İnnovasiyalar: tətbiq üzrə təlimat” və “Rəqəmsal texnologiyalar dövründə Azərbaycanın yumşaq qüvvəsi” kitablarının müəllifi.

Twitter: @Urkhan LinkedIn: https://www.linkedin.com/in/urxan/

A picture containing text, shelf, book, libraryDescription automatically generated