Bunu Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.
Prezident deyib:
"Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasına gəldikdə, çox danışmayacam. Hamı yaxşı bilir ki, bu holdinq nə üçün yaradılıb. Mənim fərmanımda da qeyd edilib ki, dövlət şirkətlərində idarəeetmə sistemini təkmilləşdirmək üçün. Dövlət şirkətlərində idarəetmə axsayır, müasir tələblərə cavab vermir, bu idarəetmə sistemi büdcədən pulların sağılması məqsədi üçün istifadə edilir. Demək olar ki, bütün dövlət şirkətləri özü-özünü təmin edə bilmir. Bir-ikisi istisana olmaqla, hər zaman dövlət büdcəsindən dotasiyalara ehtiyacları var. O biri tərəfdən isə strateji infrastruktur, indiki vəziyyəti Qarabağın yenidən qurulmasını da nəzərə alsam dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz əraziləri bərpa edə bilməyəcəyik.
Dövlət şirkətləri bu gün dövlətin boynunda olan böyük yükdür. Dövlət Neft Şirkəti də, hansı ki, Azərbaycanın ən böyük vergi ödəyicisidir, o da bu yaxınlara qədər qazlaşdırma üçün dotasiya alırdı. Belə olmaz. Buna son qoymaq laımdır, həm rəhbərliyin möhkəmləşdirilməsi baxımdan, həm də idarəetmənin təkmilləşdirilməsi baxımından. Yeni qaydalarala, düzgün, dürüst işləməsələr məsuliyyətə cəlb ediləcəklər".