Hələ 1946-cı ildə nüvə silahının bəşəriyyət üçün təhlükəsini nəzərdə tutan Albert Eynşteyn: “Əgər problemə gətirib çıxaran təfəkkürü və yanaşmanı dəyişməsəniz, bu problemi heç bir zaman həll edə bilməyəcəksiniz” yazmışdı.
O dövrdən bəşəriyyət möcüzəli şəkildə nüvə müharibəsindən yan keçməyi bacarıb. Bu nəticə əsasən həmin dövrdə idarəçilərin liderlik xüsusiyyətlərinin və onların dünyanı qorumağı və qurtarmaq qətiyyəti nəticəsində əldə edilib. Bunun ən bariz nümunəsi 1962-ci ildə fikir ayrılığına və “soyuq müharibəyə” baxmayaraq iki fövqəldövlət olan ABŞ və Sovet İttifaqının liderlərinin razılığa gələrək doğru qərar qəbul etdikləri “Karib böhranı”dır.
Bu gün isə bəşəriyyət yeni bir qlobal təhlükə ilə üzləşib. Amma, heç bir dövləti kənarda qoymayan bu virus “bombası” COVİD-19 bütün dünyaya atılıb. Əgər 1918-ci ilin “İspan qripi”ni nəzərə almasaq, hazırda ikinci “virus” müharibəsi getdiyini əminliklə ehtimal etmək olar. Vəziyyəti qlobal liderliyin və vahid hərəkət planının olmaması gərginləşdirir. İstənilən müharibədə olduğu kimi, bu müharibədə də döyüşə atılmadan öncə zamanında (düşmən haqqında informasiyaya əsaslanaraq) optimal strategiya hazırlamaq, döyüşü öncə kağız üzərində və beynində qazanmaq çox mühümdür, yalnız bundan sonra irəliləmək və qalib gəlmək lazımdır. Əks halda Sun Tszı “Müharibə sənəti” traktatında dediyi kimi “strategiyasız taktika – məğlubiyyət öncəsi faydasız fəaliyyətdir”.
Bütün bəşəri tarix hadisələrin yaranma, həlli və nəticələrinə əsaslanır. Amma mövcud böhran bu zənciri yetəri qədər qısaldıb. Bu gün hökumətlər tərəfindən qəbul edilən qərarların əyani nəticələri, praktiki olaraq bu qərarların qəbul edilməsindən bir neçə gün sonra virusun yayılma sürəti və ölümlərin sayında özünü göstərir.
Kolumbiya universitetinin tədqiqatları göstərir ki, zamanında daha dəqiq bir həftə öncə qəbul ediləcək ölkədə karantin rejiminə dair qərar, onlarla insanın həyatını xilas edə bilər. bu labüd tədbirlər izə öz növbəsində işsizlik səviyyəsinin artmasına və nəticə olaraq qlobal iqtisadi böhrana gətirib çıxara bilər. Bu isə, tarixin öyrətdiyi kimi demokratiyaya etibarın azalmasını, nifrət ideologiyasının yaranmasını, populistlərin hakimiyyət başına gəlməsini qacınılmaz edir, millətçiliyin və proteksionizmin yayılmasına gətirib çıxarır. Yekunda bəşəriyyəti qloballaşmada durğunluğa və yeni ümumdünya müharibəsi qacınılmaz olur.
Bu gün baş verələr ilə tarixi paralellər apararaq, bizim hər dəfə eyni səhvləri təkrarladığımızı və texnoloji inkişafa baxmayaraq dövlət idarəçiliyində eyni metodlardan istifadə etdiyimizi görmək olar.
İnformasiya ötürülməsinin artan sürəti (virusun yayılma sürətinə tap proporsional) fonunda işlərin vəziyyəti yeni texnologiyalar və sosial şəbəkələr sayəsində, yalnız böhranın təkrarlanma siklini sürətləndirir. Zaman məhdudiyyəti bu böhranlardan çıxmanı daha da çətniləşdirir. Nəticədə səbəbi maksimum şəkildə mürəkkəbləşdirərək sadə problemi belə, günün kabusuna çevirir. Corc Floydun ölümünün təkan olduğu polis zorakılığına və irqçiliyə qarşı kütləvi etirazların ABŞ-ı daha sonra dünyanı bürümə sürəti, bir sıra Amerika şəhərlərində kütləvi iğtişaşlar bunun bariz təsdiqidir. Əgər baş verənlər dərs almadan sadəcə, yırtıqları yamamağa davam etsək, ayrı-ayrı ölkələrdə və ümumilikdə dünyada dövlət tənzimlənməsi sisteminə dəyişikliklər etməsək, tezliklə bu qəbildən olan böhranların təkrarlanmasını şahidi olacağıq, təəssüf ki, böhran xaosunda yaşamaq həyat normasına çevriləcək.
Əslində isə yaxın gələcəkdə ayrı-ayrı problemləri aradan qaldırmaq üçün artıq bu gün həllərin və texnologiyaların əsası mövcuddur, onları birləşdirdiyimiz halda isə bizim qlobal böhranlar ilə də mübarizə şansımız yarana bilər. Məsələn, “Salesforce” şirkətinin və Harvard Universitetinin tədqiqatçılarının müştərək fəaliyyəti nəticəsində, məqsədi makina tədrisinin iqtisadi modellərin modelləşdirilməsi olan “AI Economist” süni intellektini yaratmaq imkanı verdi. Bu isə öz növbəsində siyasətçilərə simulyasiya mühitində təklifləri yaratmaq və testdən keçirmə imkanı verdi.
Süni intellektə dövlət idarəçiliyində qərrların qəbul edilməsini daha da sürətləndirməyə imkan verəcək daha effektiv nəticə üçün sadəcə total rəqəmsallığı sürətləndirmək lazım deyil, həm də qanunvericilik prosesinin kodlaşdıraraq onun kompüter proqramları ilə oxunuşunu təmin etmək lazımdır. Başqa sözlə informasiyanı və tarixi elə təqdim etmək və strukturlaşdırmaq lazımdır ki, kompüter onu insan olmadan və ya onun minimal iştirakı ilə işləyə bilsin. Yeni Zelandiyada bu istiqamətdə artıq işlər aparılır, Fransada isə Fransada isə hökumətin www.beta.gouv.fr layihəsi üzrə vergi rüsumları qaydaları əsasında 7 dəqiqədən az müddətə 30 imtiyaz üzrə insanın haqlarını qiymətləndirmək iqtidarında olan “Mes Aides” xidməti yaradılıb.
Böyük ehtimalla biz hələ dövlət idarəçiliyinin və süni intellektin birgə fəaliyyəti üzrə uzun və çətin yolun başlanğıcındayıq. Bu yol belə yanaşmanın bütün imkan və imtiyazlarını üzə çıxaracaq. Amma bu yoldakı çətinlikləri elə bu gündən dəf etməyə başlamaq lazımdır. Yeni növ “görünməz düşmən” ilə müharibə insanın nə qədər zəif, onun hələ “Böyük durğunluq” dövründən həllini gözləyən sosial-iqtisadi problemlərinin nə qədər dərin olduğunu göstərdi. Bəşəriyyətə inkişaf üçün əvəzsiz imkanlar verən, texnoloji inkişafa baxmayaraq biz yenə də böhranın astanasında durduq. Amma əvvəllər bu qəbildən olan problemlərin həllində illər keçdikdən sonra qərarlarını təhlil edə biləcəyimiz daha üstün zəkalara və mütəfəkkirlərə ümid edirdiksə, bu gün artıq real zaman kəsiyində daxil olan informasiyanın əsasında doğru qərarların optimallaşdırılması, səmərəliliyinin və qəbul edilmə sürətinin artırılması üçün öz şəhərimizin, ölkəmizin (idealda isə bütün Yer planetinin) “rəqəmsal əkizini” yaratmaq imkanı meydana çıxıb. Əgər əsrlərin tarixi insana heç nə öyrədə bilməyibsə, artıq indi süni intellektə keçmişin səhvlərini öyrədə bilər (hətta bunu etməlidir!).
Düşmənə rəqəmsal meydanda qalib gəlsək, onu real həyatda da məğlub edə bilərik. Antropoloq Marqaret Midin dediyi kimi “Sivilizasiya – bir insanın digərinə çətin zamanda yardım etməsindən başlayır”. Bütün bəşəriyyətə yardım etməyin zamanı gəlib çatıb. Bu dəfə süni intellect tərəfindən, demək biz artıq yeni sivilizasiyanın yaranması ərəfəsindəyik.
Urxan Seyidov
“İnnovasiyalar – tətbiq üzrə təlimat” və “Rəqəmsal texnologiyalar əsrində Azərbaycanın yumşaq qüvvəsi” kitablarının müəllifi, Siyasi Psixologiya Mərkəzinin elmi tədqiqatçısı, strateji kommunikasiyalar və innovasiyalar üzrə ekspert