Yaponiya imperatoru Akixito xalqa vida və minnətdarlıq sözlərilə müraciət edib.
İnsider.az bildirir ki, Yaponiyanın bütün telekanalları Tokioda imperator sarayının “Seyden Matsu-no-ma” zalında keçirilən imperator Akixitonun taxtdan imtina mərasimini birbaşa translyasiya ediblər.
Mərasim vaxtı zala imperator reqaliyaları – birinci imperator Dzimmuya məxsus qılınc, yaşma, həmçinin İmperator möhürü və Yaponiyanın Dövlət möhürü – gətirildi. Zalda imperator Akixito və həyat yoldaşından başqa, taxt varisi Naruxito öz yoldaşı ilə, imperator ailəsinin üzvləri, baş nazir və hakimiyyətin üç qolunun nümayəndələri – ümumilikdə təxminən 300-ə yaxın qonaq iştirak edirdi.
Xatırladaq ki, 2016-cı ilin avqust ayında imperator Akixito xalqa müraciət edərək, qocalığı səbəbindən öhdəliklərini yerinə yetirməyinin get-gedə çətinləşdiyini bildirmiş və taxtı varisinə təhvil verib işlərdən kənarlaşmaq istədiyini söyləmişdi. Lakin imperator evi barədə qanun və ölkənin konstitusiyası vəliəhdliyi ancaq hazırki imperatorun ölümündən sonra baş verməsini nəzərdə tutur.
10 ay keçəndən sonra imperator evinin hüquq, tarix, mədəniyyət və protokolu sahəsindəki ən yaxşı ekspertlər qaydalardan çıxmağın yollarını öyrənirdilər. Nəticədə, 2017-ci ilin iyun ayında parlament vəliəhdliyə imkan verən “xüsusi qanunu” qəbul etdi.
Samirə Məmmədova