“Doyçe Telekom” Almaniyada yeni simsiz texnologiya reallaşdırmağa başlayıb.
İnsider.az xəbər verir ki, bu texnologiya hətta baza stansiyalarından uzaqdakı mürəkkəb relyefli ərazilərdə “ağıllı” qurğular üçün etibarlı müdafiəni təmin edir. Söhbət “NB-IoT” (internet qurğuları) darzolaqlı vericilər şəbəkəsindən gedir. Bu layihə yaxın gələcəkdə DT qrupu tərəfindən Avropanın 10 ölkəsində, o cümlədən Almaniyada yaradılacaq irimiqyaslı “NB-IoT” beynəlxalq şəbəkəsinin bir hissəsidir. Gözlənildiyinə görə, baza stansiyalarının sayı sentyabrın sonuna kimi 2 min vahidi ötəcək. Artıq mövcud olan mobil şəbəkə üzərində qurulan yeni texnologiya adi mobil şəbəkələrin əksinə olaraq, qarşıya qoyulan ciddi tələblərə cavab verməlidir. Əvəzində avadanlığa çəkilən xərclər xeyli aşağı olur.
Şəbəkə əvvəllər rabitə ilə bağlı çətinlikləri olan yerlərdə, məsələn, baza stansiyasından çox uzaqda yerləşən mürəkkəb relyefli ərfazidə, habelə yerin altında və tikililərin içində etibarlı müdafiəni təmin edir. “NB-IoT” şəbəkəsi adlandırılan vericilər şəbəkəsi kiçik həcmli məlumatları etibarlı şəkildə ötürür. Bir terminal 10 min qurğuya xidmət edə bilir. Vericilər öz mühitinə istifadəçinin göstərdiyi zaman intervalları ilə nəzarət etdiyi üçün enerji ilə təmin olunmayan ərazilərdə qurulmuş şəbəkə elementləri 5 ilə qədər müddətdə batareya ilə işləyə bilir. Siqnal çox güclü olduğuna görə “NB-IoT” vericiləri yeraltı obyektlərdən – qaraj, kommunikasiya qurğuları və s.-dən siqnalların qəbulunu təmin edir. Mobil rabitə şəbəkələri texnologiyası əsasında qurulan bu şəbəkənin digər ciddi üstünlüyü quraşdırma və istismar dəyərinin aşağı olmasıdır.
“NB-IoT” şəbəkələrinin inkişafı sayəsində “ağıllı şəhər”, “ağıllı binalar”, “ağıllı sayğaclar” kimi yeni texnoloji formalar ortaya çıxacaq. Vericilərin köməyi ilə avadanlığı, nəqliyyat vasitələrini, habelə çatdırılan malların yerini və vəziyyətini izləmək mümkün olacaq. “IoT”, “əşyalar interneti” intellektual qurğuların dünya şəbəkəsinə qoşulması deməkdir.
Şəhər həyatının işini və keyfiyyətini yaxşılaşdırmağa qabil olan şirkət “IoT” şəbəkəsinin işlənib hazırlanmasına xüsusi diqqət yetirir. Hazırda AFR-də tətbiq edilmiş örnəklərdən biri “ağıllı parklama”lardır. Vericilər parklama yerlərinin vəziyyətinə, onların boş, yaxud dolu olmasına nəzarət edir, sonra “DT NB-IoT” şəbəkəsi vasitəsilə mərkəzi serverlərə siqnal göndərir. Bundan sonra sürücülər mobil əlavədəki xəritədə boş parklama yerlərini görə bilirlər.
© Azertag.az