Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.
İnsider.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” hərbi rütbəsi
general-mayor Abbas Sultan oğlu Xəlilov
general-mayor Ehram Arif oğlu Hacıyev
“general-mayor” hərbi rütbəsi
polkovnik Ramin Sabir oğlu Bağırov
“kontr-admiral” hərbi rütbəsi
1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasov
1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayev.