dunyanin-dasinmaz-emlak-maqnatlarinin-yasadigi-seherlerin-top-10-u

Dünyanın daşınmaz əmlak maqnatlarının yaşadığı şəhərlərin Top 10-u

“Hurun” ekspertləri yeni reytinq tərtib ediblər. Belə ki, reytinqə əmlak sahəsindəki milyarderlərin yaşadığı şəhərlər daxil edilib. Araşdırma ümumi olaraq 239 milyarderi əhatə edib. Özü də bu milyarderlərin 58%-i Çinin, 11%-i ABŞ-ın, 7%-i isə Böyük Britaniyanın payına düşür. 

İnsider.az Top 10-a düşən var-dövləti əmlak üzərində qurulmuş milyarderlərin ən çoxunun  yaşadığı şəhərləri təqdim edir:

10. Foşan

Milyarder sayı: 6

Ən zəngin adam: 23 milyard dollarlıq var-dövləti ilə Yan Xueyyan

Foşan qədimdən öz farfor fabrikləri və ipək parçaçılığı ilə şöhrət qazanmış qədim ticari şəhərdir.

XVIII əsrdə şəhər Hançjou ilə Çinin böyüklüyünə dördüncü iqtisadi mərkəzi adına görə rəqabət aparırdı. Çay qollarının lillənməsi şəhəri iri su basımından kəsdi və böyümüş Quançjounun sənaye törəməsinə çevirdi.

Turistləri Foşanda mənzərəli zirvələr, şəhərin cənub hissəsindəki mağaralar və şəlalələr, nadir heykəllər kolleksiyası olan 800-illik məbəd və guya Tan sülaləsinin vaxtından bəri işləyən farfor bişirmə sobası cəlb edir.

9. Taybey

Milyarder sayı: 6

Ən zəngin adam: 4,2 milyard dollarlıq var-dövləti olan Lin Çenq Su-Ye

Şəhər həm ölkənin sürətli inkişafının, həm də Tayvan iqtisadi möcüzəsinin mərkəzidir.

Taybey mühüm sənaye mərkəzidir. Ən vacib sahələr elektronika və komponentlərinin, dəqiq cihazların, avadanlığın, toxuculuğun və geyimin, qida ərzaqının və s. istehsalıdır.

Get-gedə iqtisadiyyatda ticarət, nəqliyyat və bank sektoru daha böyük əhəmiyyət kəsb edir.
Turizm kiçik də olsa, yenə də şəhərin çox vacib iqtisadi komponentidir.

8. Çunsin

Milyarder sayı: 7

Ən zəngin adam: 9,8 milyard dollarlıq var-dövləti olan Vu Yatsün

Çunsin Çinin mərkəzi hissəsinin mərkəzi tabeçilik şəhəridir və bu kateqoriyada Çin inzibati vahidlərdən sahə üzrə ən irisidir.  Şəhərin iqtisadiyyatında aparıcı yeri sənaye tutur. Sənayenin dayaq sahələri kimyəvi, maşınqayırma və metallurji sahələridir.

Çunsin Şanxay, Çançun və Şiyan şəhərlərilə birgə Çinin avtomobil istehsalatı üzrə ən iri bazasıdır.

7. Nyu-York

Milyarder sayı: 9

Ən zəngin adam: 10 milyard dollar var-dövləti olan Stiven Ross

Nyu-York dünyanın mühüm maliyyə, siyasi, iqtisadi və mədəni mərkəzidir. Nyu-Yorkun müasir memarlığının əsasını göydələnlər, yəni hündürlüyü 150 m keçən binalar təşkil edir.

Şəhərdə 5500-dən çox hündürmərtəbəli bina tikilib, onlardan 50-nin hündürlüyü 200 m çoxdur. Bu cür binaların sayına görə Nyu-York yalnız Honkonqdan geri qalır.

6. Sinqapur

Milyarder sayı: 10

Ən zəngin adam: 5,9 milyard dollar var-dövlətlə Robert Nq və Filip Nq

Sinqapur transmilli korporasiyaların vacib rol oynadığı bazar iqtisadiyyatı və aşağı vergiqoyması olan yüksək inkişaflı ökədir. Sinqapur investorlar üçün aşağı vergi stavkalarına görə çəlbedicidir. Şəhərdə cəmi 5 vergi var. Onlardan biri gəlirə, digəri isə əmək haqqına qoyulub.

5. Şanxay

Milyarder sayı: 12

Ən zəngin adam: 5,3 milyardlıq var-dövləti ilə Tonq Cikuan

Şanxay Çinin mərkəzi tabeçiliyində dörd şəhərdən biri, ölkənin mühüm maliyyə və mədəni mərkəzi, həmçinin dünyanın ən iri dəniz limanıdır.

Bugün Şanxayda tikilən binaların çoxu hündürlük, rəng və dizaynına görə fərqlənən hündür yaşayış evləridir.

Şəhər inkişafının planlaşdırılmasına cavabdeh olan təşkilatlar hazırda şanxaylıların həyatını yaxşılaşdırmaq üçün yaşayış kompleksləri çərçivəsində yaşıl zona və parkların yaradılmasına daha çox diqqət ayırırlar.

4. London

Milyarder sayı: 14

Ən zəngin adam: 17 milyard dollar var-dövləti olan Xyu Qrosvenor

London yüksək ranqlı qlobal şəhərlərə və dünyanın aparıcı maliyyə mərkəzlərinə aiddir. Onun iqtisadiyyatı ölkə iqtisadiyyatının beşinci hissəsini təşki edir.

London Böyük Britaniya və Avropanın ən mühüm iqtisadi və maliyyə mərkəzi, dünyanın aparıcı maliyyə mərkəzi adına görə Nyu-Yorkla rəqabət aparan qlobal şəhərlərdən biridir. 

Şəhərdəki daşınmaz əmlak dünyanın ən bahalı əmlaklarından sayılır.

4. Quançjou

Milyarder sayı: 14

Ən zəngin adam: 37 milyard dollarlıq var-dövlətlə Xu Tsyain

Londonla birgə Quançjou da 4-cü pillədədir. 

Quançjou bütün Cənubi Çinin siyasi, iqtisadi, elmi-texniki, təhsil, mədəni və nəqliyyat mərkəzidir.

Şanxay və Pekindən geridə qalaraq, 14 milyondan çox əhalisi olan Quançjou Çinin ölçü üzrə üçüncü şəhəridir.

3. Pekin

Milyarder sayı: 15

Ən zəngin adam: 17 milyardlıq var-dövlətlə Van Tsyain

Bu ölkənin ən iri dəmiryolu və avtonəqliyyat qovşağı və əsas avia qovşaqlardan biridir.

Bundan başqa, Şanxayın və Honkonqun əsas iqtisadi mərkəzlər hesab olduğu vaxt, Pekin Çinin siyasi, təhsil və mədəni mərkəzidir.

Bununla yanaşı, son zamanlar şəhər öz üzərinə sahibkar fəaliyyəti lokomotivi və innovativ müəssisələrin yaranması üçün əsas sahə rolunu götürür.

2. Şençjen

Milyarder sayı: 17

Ən zəngin adam: 14 milyard dollar var-dövlətlə Yao Çjenxua

İrimiqaslı xarici və dövlət investisiyaları hesabına şəhər çox qısa zaman ərzində iri sənaye, maliyyə və nəqliyyat mərkəzinə çevrilib.

Bugün Şençjen Çinin ən dinamik inkişafda olan şəhərlərindən biridir. Ölkənin ən rəqabətcil şəhərlərindən dördünücüsü və ixrac həcmi üzrə ən iri şəhərlərindəndir. Şençjen investisiya, yeni texnologiya və biznes mədəniyyətinin cəlb edilməsi üçün özünəməxsus bir darvazadır.

1. Honkonq

Milyarder sayı: 25

Ən zəngin adam: 29 milyardlıq vr-dövləti olan Li Ka-şin 

Ərazinin iqtisadiyyatı azad bazar, aşağı vergiqoyma və dövlətin iqtisadiyyata müdaxilə etməməsində əsaslanır.

Honkonq ofşor ərazisidir. Bura idxalda gömrük rüsumu tutmayan azad limandır. Burada izafi dəyərə və ya onun ekvivalentlərinə vergi qoyulmayıb.

Honkonqun daşınmaz əmlakı dünyanın ən bahalılarından sayılır. 

Hətta dünya böhranını, əsasən stabil iqtisadiyyata görə, Honkonq daşınmaz əmlak bazarı minimal itkilərlə keçirdi.