Dünyanın ən böyük sosial media platforması Facebook bu ilin ilk rübündə gəlirini və mənfəətini artırırb.
Facebook şirkətinin ilk rübdə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 48% artımla 26,2 milyard dollara yüksəlib. Facebook, 2020-ci ilin eyni dövründə 17,7 milyard dollar gəlir əldə etmişdi.
Facebook-un xalis mənfəəti ilk rübdə 94% (təxminən 2 dəfə) artımla 9,5 milyard dollara yüksəlib. Şirkət, 2020-ci ilin yanvar-mart dövründə 4,9 milyard dollar xalis mənfəət əldə etmişdi.
Facebook-un 2020-nin ilk rübündə 1,71 dollar olan bir səhmə düşən mənfəəti də bu ilin eyni dövründə 3,30 dollara yüksəlib.
Facebook-un gündəlik və aylıq aktiv istifadəçi sayında da bu dövrdə artım baş verib. Gündəlik aktiv istifadəçi sayı 8% artaraq 1,88 milyarda çatıb. Sosial media saytının aylıq aktiv istifadəçi sayı da eyni dövrdə 10% artımla 2,85 milyarda yüksəlib.
Marja