dunyanin-en-boyuk-yolsuzluq-avtomobili-muzeye-tehvil-verildi-foto

Dünyanın ən böyük yolsuzluq avtomobili muzeyə təhvil verildi – FOTO

Dubayda yerlşən Yolsuzluq Tarixi Muzeyi (Off Road History Museum) daha bir eksponat əldə edib.

Dünyanın ən böyük 4x4 təkərli avtomobili olan ABŞ istehsalı LARC LX üzən transporteri BƏƏ-yə gətirilib.

Motor.ru portalının məlumatına görə, bu hərbi texnika ötən əsrin 60-cı illərində yaradılıb və 2001-ci ilədək ABŞ ordusunda istifadə edilib.

İkimərtəbəli ev ölçüsündə olan nəhəng avtomobildə 200 əsgər daşına bilər. Onun yükgötürmə qabiliyyəti 130 tondur.

“Polad amfibiyanın” öz çəkisi isə 100 tondur.