Onlayn statistika portalı "Statista" tərəfindən dərc olunmuş "2019-da Bazar Dəyərinə Görə Ən Böyük 100 Şirkət" hesabatına görə, texnologiya şirkətləri sürətlə böyüməkdə davam edirlər.
İnsider.az xəbər verir ki, 2010-cu ildə yalnız 2 texnologiya şirkəti ən dəyərli 10 şirkət arasında yer tutarkən, ötən il bu say 7 təşkil edib.
İlk 10-da ABŞ-dan 5 şirkət (Apple, Microsoft Corp, Alphabet Inc., Amazon və Facebook), Çindən 2 şirkət (Alibaba və Tencent Holdinq) yer tutub.
ABŞ-ın 5 texnologiya şirkətinin bazar dəyəri 5 trilyon dolları aşmışdır.
Siyahıda yer alan ilk 5 texnologiya şirkəti və bazar dəyərləri:
1. Apple Inc: 1,38 trilyon dollar
2. Microsoft Corp: 1,27 trilyon dollar
3. Alphabet Inc: 1 trilyon dollar
4. Amazon: 931 milyard dollar
5. Facebook: 632 milyard dollar
Marja