dunyanin-en-guclu-smartfonu-teqdim-edilib

Dünyanın ən güclü smartfonu təqdim edilib

“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon elan edilib.

İnsider.az xəbər verir ki, smartfon 2340x1080 nöqtə təsvir ölçülü 6,59 düymlük “AMOLED” displeylə təchiz edilib. Korpusda, həmçinin “AirTriggers” əlavə düymələri, qulaqlıq üçün konnektor və 4 mikrofon nəzərdə tutulub.

“ROG Phone II” smartfonu “Snapdragon 855 Plus” prosessoru, 12 QB-lıq əməli və 512 QB-lıq daxili yaddaşla təchiz edilib. Həmçinin sözügedən cihaz 6000 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib ki, bu da “PUBG Mobile”da 7 saat fasiləsiz oynamaq üçün kifayətdir. Smartfon üçün öz kuleri olan “AeroActive Cooler II” soyutma sistemi, həmçinin oyun pultu və əlavə akkumulyatora malik birləşdirici stansiyaya malikdir.

Təxmin edilir ki, sentyabrda satışa çıxarılacaq sözügedən smartfonun qiyməti 900 dollar təşkil edəcək.