Sahibkar və məhdud sayda olan ("Bugatti" və "Paqani" kimi) super-avtomobillərin kolleksioneri Menni Hoşbin təzəlikcə dünyanın ən sürətli avtomobili "Koenigsegg Agera RS"-i 3 milyon dollara satın alıb.
İsveçin "Koenigsegg Agera RS"-i 2015-ci ildə debüt edib. Ümumi 25 ədəd tərtib edilmişdi. Onların hər birinin ilkin qiyməti 2,5 milyon dollar idi. Avtomobillərin hamısı cəmi 10 ay ərzində satıldı.
Keçmiş pilot Castin Bellin sözlərinə əsasən, bu, dünyanın ən nadir avtomobillərindən biri və "Koenigseggs"-in yaratdıqlarığı ən nadir olanlardan biridir. Üstəlik, Bell onu "dünyanın ən cəld super avtomobili" adlandırır.
2017-ci ilin noyabr ayında "Koenigsegg" "Twitter"-də modelin saatda 277,99 mil dünya rekorduna çatdığını yazıb, bu anı baxış sayı 1 milyonu ötən videoda sənədləşdirmişdi.
İsveçdə istehsal olunmuş "Agera RS Phoenix" hiperkarın daxili şinlərində, mühərrikində və avtomobilin xarici tərtibatında 24-karatlıq qızıl aksentləri ehtiva edilir.
Hoşbin avtomobilə bir milyon dollardan çox pul yatırıb. Onun sözlərinə əsasən, avtomobilin bütün vücudu yüksək kalibrli karbon liflərindən hazırlanıb, avtomobilin arxa qanadının dəyəri isə, Hoşbin təfərrüatları söyləməsə də, 300 min dollardan çoxdur.
Bellin sözlərinə görə, avtomobili yanlış bağlasanız, o, qırılacaq və təmiri yüz minlərlə dollara edəcək. Bu, əl ilə yığılmış avtomobil gövdəsinin bahalı və zərif yüksək kalibrli karbon lifləri ilə bağlıdır.
"1400 at gücü... bu, sanki raket gəmisidir", - deyə Bell bildirir.
"Motor 1"-ə görə, avtomobil 2,9 saniyə ərzində saatda 0-dan 60 miləcən və 33,29 saniyəyə saatda 0-dan 249 milə kimi sürət artıra bilir. Məlumata əsasən, sürəti saatda 284 milə kimi qalxa bilər.
Bellin sözlərinə görə, "Koenigsegg Agera RS Phoenix" 15 il sonra, çox güman, 10 dəfə baha olacaq.
Samirə Məmmədova