Dünyada ilk günəş enerjisi ilə işləyən dəmir yolu İngiltərədə fəaliyyətə başladı.
İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, layihəyə əsasən bir çox yerə eyni sistemdən quraşdırılacaq. İngiltərədəki bəzi qatarlar günəş panelləri ilə quraşdırılmış dəmir yolları ilə təchiz edilib. Dünyanın ilk günəş panelləri olan dəmir yolu İngiltərənin Hampşir şəhərində istifadəyə verilib.
Hampşirin Aldershot şəhəri yaxınlığında yerləşən yeni dəmir yolunda təxminən 100 günəş paneli yerləşdirilib. Bu panellər günəşdən aldığı enerjiylə zolağı işıqlandırır və siqnal sistemini işlədir. Bu pilot layihə uğurla həyata keçirilərsə, İngiltərənin diğər bölgələrində gələcəkdə günəş enerjisi ilə işləyən dəmir yolu şəbəkələri də olacağı bildirilib.
İngiltərə hökuməti 2040-cı ilə qədər ölkədə dizel istifadəsini tamamilə aradan qaldırmağı planlaşdırır. Buna əsasən həm elektriklə işləyən dəmir yollarının sayı artacaq, həm də günəş şüalarının təmin etdiyi ucuz enerji xərclərin düşməsini təmin edəcək.
Qeyd edək ki, İngiltərə günəş panellərindən istifadə edən yeganə ölkə deyil. Hindistanda 250-dən çox qatar üstünə yerləşdirilmiş günəş panelləri sayəsində enerji istehsal edir. Hindistan Dəmir Yolları da relslərə günəş panelləri quraşdırmağı və gələcək 10 ildə yaşıl enerji ilə işləyən ilk dəmir yolu şəbəkəsini qurmağı planlaşdırır.
Nübar Lətifli