ekran-berpasi-bir-smarfon-qiymetine-olacaq

Ekran bərpası bir smarfon qiymətinə olacaq

"Samsung"un qatlanan smartfonu "Galaxy Fold"un ekran dəyişmə qiyməti məlum olub.

İnsider.az xəbər verir ki, 1980 dollara məhdud ölkələrdə satışa çıxarılan "Galaxy Fold"un ekran bərpası üçün 600 dollar tələb olunacaq.

Lakin "Samsung" bir illik zəmanət çərçivəsində ekranın bərpasını bir dəfə pulsuz həyata keçirəcək. 31 dekabr 2019-cu il tarixinə qədər smartfonu alanlar üçün zəmanət müddətindən sonra ekranın bərpa qiyməti 149 dollar təşkil edəcək. Həmin tarixdən sonra "Galaxy Fold" alanlar isə zəmanət müddətindən sonra ekran bərpası üçün ""Galaxy Fold Premier Service" xidmətinə 600 dollar ödəməli olacaq.

Xatırladaq ki, "Galaxy Fold" hələ bu ilin əvvəlində tanıdılsa da, satışların başlanmasına bir neçə gün qalmış ekranla bağlı problemlərin ortaya çıxması ilə satışları təxirə salmışdı. Problemlərin aradan qaldırılmasından sonra model bu ilin sentyabrından etibarən məhdud ölkələrdə satışa çıxarılıb.

©"Finans.az"