Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.
Bu barədə qərar Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında qəbul edilib.
İclasda “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” məsələ müzakirə olunub.
Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. 98 deputat qərarın lehinə səs verib.
Bununla da Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
İclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.