elektrikle-isleyen-teyyarelerin-istifadeye-verilme-tarixi-melum-oldu

Elektriklə işləyən təyyarələrin istifadəyə verilmə tarixi məlum oldu

“Tamamilə elektrik enerjisi ilə işləyəcək təyyarələr 2035-ci ildə istifadəyə veriləcək. Təyyarələr əsasən, kiçik ölçülü olacaq”.

İnsider.az xəbər verir ki, bu barədə P.İ.Baranov adına Rusiya Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutunun baş direktoru Mixail Qordin məlumat verib.

M.Qordin bildirib ki, müxtəlif tədqiqatlara əsasən, 2035-2040-cı illərə qədər sərnişin yeri 19-dan çox olmayan təyyarə və helikopterlər tamamilə elektrikli olacaq. 

Eyni zamanda, dörd sərnişin daşıyacaq “uçan taksilər” də elektrik enerjisi ilə işləyə biləcək.

Oxu.Az