Təmiz Nəqliyyat üzrə Beynəlxalq Şura (ICCT) elektrikli mühərriklərin daxili yanma mühərriklərindən üstünlüyünü nümayiş etdirən hesabat təqdim edib.
İnsider.az xarici mətbuata istinadən xəbər verir ki, aparılmış təhlilə əsasən bütün istismar dövrü ərzində elektromobillərin ətraf mühitə tullantıları yanacaqdan istifadə edən avtomobillərlə müqayisədə Avropada 66,69 %, ABŞ-da 60-68 %, Çində 37-45 %, Hindistanda 19-34 % daha az olub.
Asiya üçün göstəricinin aşağı olması bu ölkələrdə elektrik enerjisinin istehsalının əsasən kömür yandırmaq hesabına olması ilə əlaqədardır.
Elektromobil istismara başlandıqdan bir il sonra adi avtomobildən əhəmiyyətli dərəcədə ekoloji olur.
“Report”