eli-esedov-turkiyenin-vitse-prezidenti-ile-gorusub

Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşüb

Noyabrın 4-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.

Nazirlər Kabinetindən İnsider.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Bakı şəhərində keçiriləcək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulanıb.