“Mən hər bir vətəndaşımıza və soydaşımıza minnətdaram”.
İnsider.az xəbər verir ki, bunu Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanov deyib.
Səfir ötən gün Azərbaycanın ABŞ-ın paytaxtı Vaşinqtondakı səfirliyinin binasının önündə aksiya keçirməyə çalışan ermənilərin önünə sipər çəkən azərbaycanlılara təşəkkür edib: “Onlar bu gün erməni yalanlarına və təxribatına çox yaxşı cavab verdilər. Və harda ? Amerikanın paytaxtında, Vaşinqtonun mərkəzində.
Azərbaycanın səsi bu gün artıq hər yerə çatır. Dövlətimizin bayrağı hər yerdə ucalır və Ali baş komandan İlham Əliyevin sözləri hər yerdə eşidilir. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin”.
Qeyd edək ki, ötən gün Ermənilərin Azərbaycanın ABŞ-dakı səfirlik binasının önündə aksiya keçirəcəyini bilən həmvətənlərimiz ölkəmizə dəstək üçün Amerikanının bir çox şəhər və ştatlarından Vaşinqtona gələrək səfirlik binasının önünə toplanıblar. Onlar bayraqlar və sloqanlarla erməniləri susdurublar.
Report