Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Gununsesi.info-nun bununla bağlı əldə etdiyi məlumatda bildirilir ki, sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.
“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır”, - deyə mənbə bildirib.